Ermənistanda silahlı İNSİDENT:  deputatın maşını atəşə tutuldu
15 mart 2024 13:16 (UTC +04:00)

Ermənistanda silahlı İNSİDENT: deputatın maşını atəşə tutuldu

Ermənistanın paytaxtı İrəvan şəhərində silahlı insident olub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Fuçik prospektində qeydə alınıb. Bir qrup şəxs arasında atışma baş verib. Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə baxış keçirib. Polis hadisə yerində müxtəlif növ odlu silahlardan atılmış çoxlu sayda işlənmiş patron, partlayan qumbaranın hissələri, qan izləri, atəş nəticəsində zədələnmiş avtomobillər, o cümlədən millət vəkilinin avtomobilini aşkar edib.

İki yaralı hadisə yerindən İrəvanın müxtəlif xəstəxanalarına aparılıb.

İnsidentlə əlaqədar şübhəlilər müəyyən edilib və onların tapılması üçün axtarışlar keçirilir.

# 3603
avatar

Oxşar yazılar