Bakıda ev sahibini çoxsaylı bıçaq zərbələri ilə öldürən şəxsə hökm oxunub.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş, 60 yaşlı Zahid İsayevin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sənədlərin tədqiqi elan olunandan sonra məhkəmə istintaqının yekunlaşması haqda qərar qəbul olunub. Çıxış edən prokuror təqsirləndirilən şəxsə 20 il cəza təyin edilməsini, müdafiəçi isə ona aşağı həddə cəza verilməsini istəyib.
Son söz söyləyən Zahid İsayev şahidlərin yalan ifadə verdiklərini bildirib.
Məhkəmənin hökmü ilə Zahid İsayev 17 il müddətinə azadlıqdan məhrum olunub.
İttiham aktına əsasən, ağır cinayət Nizami rayonu, Arif Əliyev küçəsi, 35 ünvanında yerləşən fərdi evdə baş verib. Ev sahibi Tahir Əliyevlə aralarında olan şifahi razılaşmaya əsasən məişət işlərinin görülməsi müqabilində Zahid İsayev 2024-cü ilin iyul ayının əvvəllərindən orada kirayədə yaşayıb. Təmizlik işlərinin yaxşı görülməməsi ilə əlaqədar ev sahibi mütəmadi ona iradlar bildirib. İyulun 20-i gecə saat 01 radələrində paltarlarının çirkli qalmasını görən Tahir Əliyev Zahid İsayevin qarın nahiyəsinə dizi ilə vurub, onu söyüb. Bu zəmində aralarında yaranan mübahisə zamanı, İsayev orta dərəcəli sərxoş vəziyyətdə, masanın üzərindən məişət təyinatlı bıçağı götürüb, qəsdən öldürmək məqsədi ilə Əliyevin üz, boğaz və boyun nahiyələrinə 50-dən artıq zərbə endirib.

Ev sahibini 50 bıçaq zərbəsi ilə öldürdü, 17 il cəza aldı - Bakıda QANDONDURAN CİNAYƏT
Oxşar yazılar

Oğul sevgilisinə görə atasının başını kəsdi
14 iyun 2025 , 19:35
Küçədə döyüb hər şeyini əlindən aldı - BAKIDA
14 iyun 2025 , 18:23
İmişlidə kişi qonşusunu GÜLLƏLƏDİ
14 iyun 2025 , 16:33
Lənkəranskinin yaxını olan "qanuni oğru" beynəlxalq axtarışa verilir
14 iyun 2025 , 10:35
Dava zamanı əmisini öldürdü
13 iyun 2025 , 16:27
75 yaşlı kişi arvadını öldürüb intihar etdi
13 iyun 2025 , 15:59
Arvadını öldürüb qəbiristanlıqda intihar etdi - HADİSƏ ANI
13 iyun 2025 , 11:33