Gəncədə 18 yaşlı oğlan  kişini bıçaqladı  - YENİLƏNİB
03 iyun 2026 11:53 (UTC +04:00)

Gəncədə 18 yaşlı oğlan kişini bıçaqladı - YENİLƏNİB

0

İyunun 2-də saat 02:40-da 32 yaşlı kişi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Pasiyentə bud-çanaq oynağının və bud nahiyəsinin açıq yarası diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

***
11:43

Gəncədə kişi bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə şəhərin Şərq küçəsində qeydə alınıb.

Şəhər sakini 32 yaşlı A.Əmrahov bıçaqlanma xəsarətləri ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlum olub ki, A.Əmrahovu 18 yaşlı H.Cəfərov aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə H. Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar