Gədəbəydə ev yandı,  tüstüdən zəhərlənənlər var
19 avqust 2025 23:43 (UTC +04:00)

Gədəbəydə ev yandı, tüstüdən zəhərlənənlər var

Gədəbəydə yanğın hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Belə ki, kənd sakinlərindən birinə məxsus evdə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib. Zəhərlənən şəxslər xəstəxanaya aparılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216

Oxşar yazılar