Göygöldə 20 yaşlı oğlan bıçaqlandı
28 oktyabr 2025 10:07 (UTC +04:00)

Göygöldə 20 yaşlı oğlan bıçaqlandı

0

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Qızılca kəndinin yaxınlığında qeydə alınıb.

Daşkəsən rayon sakini, 20 yaşlı İ.Orucov bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, İ.Orucov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar