Gözəllik salonuna getdiyi üçün  bacısını bıçaqlamışdı - HÖKM OXUNDU
10 mart 2026 17:33 (UTC +04:00)

Gözəllik salonuna getdiyi üçün bacısını bıçaqlamışdı - HÖKM OXUNDU

0

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını bıçaqlamaqda təqsirləndirilən Məhəmməd İsmayılovun cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Məhəmməd İsmayılovun 11 il, 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib. 

Qeyd edək ki, dövlət ittihamçısı Məhəmməd İsmayılovun 11 il, 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, hadisə 2024-cü ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.

Məhəmməd İsmayılov bacısının ondan xəbərsiz gözəllik salonuna getdiyi üçün 5 bıçaq zərbəsi vurub. Xanım xəstəxanaya çatdırılıb və həyatını xilas etmək mümkün olub.

Məhəmməd İsmayılov isə şübhəli şəxs qismində saxlanılıb və barəsində cinayət işi başlanılıb.  Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar