Pişiklərə nə vermək  olmaz? - Məhsulların SİYAHISI
10 mart 2026 13:52 (UTC +04:00)

Pişiklərə nə vermək olmaz? - Məhsulların SİYAHISI

0

Belə bir fikir var ki, pişik özü orqanizmi üçün hansı qidanın faydalı olduğunu seçə bilir. Buna görə də bəzi sahiblər ev heyvanlarını insan yeməkləri ilə qidalandırırlar. Lakin bu qidaların bir çoxu heyvanlar üçün təhlükəli ola bilər. Göründüyü qədər adi olan bəzi məhsullar pişiklər üçün zərərli sayılır.

Lent.az bu məhsulları təqdim edir:

Pişiklərə nə vermək olmaz?

Pişiklərin inək, keçi və ya qoyun südünü sevdiyi və mütləq içməli olduğu barədə fikir yanlışdır. Bütün məməlilər kimi pişik balaları da həyatlarının ilk mərhələsində yalnız ana südü ilə qidalanırlar. Lakin böyüdükcə bir çox məməlilər kimi südü həzm etmək qabiliyyətini itirirlər. İnək südü pişiklər üçün təbii qida sayılmır və yetkin pişiklərdə ishala səbəb ola bilər.

Bundan əlavə, süddə olan kazein allergen hesab olunur. Süd yalnız 6 aya qədər olan balaca pişik balaları üçün faydalıdır. Pişiklərin rasionuna az miqdarda yağlı olmayan fermentləşdirilmiş süd məhsulları ryajenka, kefir və kəsmik əlavə etmək olar.

Pişiklər üçün ət

Pişiklər yırtıcı heyvanlardır və ət onların təbii qidasıdır. Lakin hər növ ət və balıq pişiklər üçün uyğun deyil. Xam ət verməkdən çəkinmək lazımdır, çünki bu, pişiyin parazitlərə yoluxmasına səbəb ola bilər.

Pişikləri ət qalıqları və ya subproduktlarla qidalandırmaq məsləhət görülmür. Ət verilirsə, təmiz və keyfiyyətli olmalıdır. Qaraciyər yalnız az miqdarda və bişmiş halda verilməlidir, çünki pişiyin həzm sistemi üçün ağır qidadır. Donuz əti isə çox yağlı olduğu üçün pişiklərə verilməsi tövsiyə edilmir.

Balıq pişiklərin əsas qidası deyil

Pişiklərin ən sevdiyi yeməyin balıq olması barədə fikir də yanlışdır. Təbiətdə pişiklər balıq yemirlər. Buna görə balıq onların təbii qidası hesab edilmir və yalnız nadir hallarda verilməlidir. Daha çox dəniz balığına üstünlük verilməlidir.

Çay balığı isə parazitlərin çox olması və sidik yolları problemlərinə səbəb ola bilməsi səbəbilə təhlükəli sayılır. Əgər pişiyə balıq verilirsə, bu həftədə 1-2 dəfədən çox olmamalı, dəniz balığı olmalı və sümükləri ilə içalatı təmizlənməlidir.

Pişiklərə verilməməli tərəvəz və meyvələr

kartof - pişiklər nişastanı həzm edə bilmir

kələm və paxlalılar - qaz və şişkinlik yaradır

soğan və sarımsaq - heyvanlar üçün zəhərli maddələr ehtiva edir

göbələklər - həzm üçün çox ağırdır

avokado - pişiklər üçün zəhərlidir

qoz-fındıq - fosforun çox olması səbəbilə təhlükəlidir

üzüm və kişmiş - pişiklər üçün zəhərlidir

Pişiklərə az miqdarda kök, xiyar, kabaq, ispanaq, kahı və bişmiş çuğundur vermək olar.

İnsan süfrəsindən verilən təhlükəli qidalar

Bəzi insan qidaları pişiyin sağlamlığına ciddi zərər verə, hətta ölümə səbəb ola bilər.

Pişiklərə qətiyyən verilməməlidir:

kolbasa və sosislər - qaraciyər və ürək üçün zərərlidir

qızardılmış ət və piy - çətin həzm olunur

un məmulatları, bulkalar, peçenye və makaron - şişkinlik yaradır və çəkiyə mənfi təsir edir

sümük və qığırdaqlar - boğazda ilişə bilər

şəkər və şirniyyatlar - piylənmə, diabet və diş problemlərinə səbəb olur

şokolad və kakao - ürək və damar sisteminə zərər verir
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar