Kriminal dairələrdə Teko Tbilisski kimi tanınan 51 yaşlı “qanuni oğru” Teymuraz Faroyan Türkiyədə saxlanılıb.
Lent.az xəbər verir ki, o, 2020-ci ildən Moskvanın Cənub-Qərb İnzibati Dairəsinin Daxili İşlər İdarəsi tərəfindən cinayət iyerarxiyasında yüksək vəzifə tutma maddəsi ilə beynəlxalq axtarışa verilib.
Məlumata görə, Teymuraz Faroyana 1992-ci ildə vətənində Dato Caparidze və Lolo Xaçaturov “tac qoyub”.
Teko beş dəfə, o cümlədən bir dəfə Tbilisidə silah, dörd dəfə isə Moskvada narkotik ittihamı ilə məhkum edilib. Teko sonuncu dəfə 2018-ci ildə Verxneuralsk həbsxanasından azad edilib.
Hazırda “qanuni oğru” Antalya miqrasiya mərkəzində Rusiyaya deportasiyasını gözləyir.