İranlının adamları bu dəfə Bakının mərkəzində  TUTULDU - VİDEO
21 fevral 2026 13:18 (UTC +04:00)

İranlının adamları bu dəfə Bakının mərkəzində TUTULDU - VİDEO

1

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsi 41-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı 36 yaşlı Məmməd Məmmədov və həmyaşıdı Müşfiq Səfərov saxlanılıblar. Onlardan 8 kiloqram 100 qram marixuana aşkarlanıb.

Saxlanılan şəxslər narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 214

Oxşar yazılar