İtkin düşən qadını əri öldürübmüş:  meyitini çaya atıb
17 dekabr 2025 17:09 (UTC +04:00)

İtkin düşən qadını əri öldürübmüş: meyitini çaya atıb

0

Rusiyanın Volqoqrad vilayətində kişi arvadını qətlə yetirib. O, arvadının guya yoxa çıxması ilə bağlı polisə müraciət edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın versiyasına görə, kişi dekabrın 14-ü axşam saatlarında münaqişə zamanı həyat yoldaşını öldürüb. O, qadının baş nahiyəsinə travmatik tapançadan atəş açıb və nəticədə qadın hadisə yerində dünyasını dəyişib.

Daha sonra o, cəsədi hissələrə ayıraraq qalıqları Volqa çayına və qaraj kooperativlərindən birinin yaxınlığındakı boş əraziyə atıb. Şübhələri özündən yayındırmaq məqsədilə qətl törədən şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək həyat yoldaşının guya xəbərsiz şəkildə itkin düşdüyünü bildirib.

O, arvadının evdən çıxıb geri qayıtmadığını iddia etsə də, müstəntiqlər qadının ölümündə məhz onun iştirakını müəyyən ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qətl) üzrə cinayət işi başlanıb. Şübhəli artıq günahını etiraf edib. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar