Keçmiş arvadını öldürüb intihar etdi:  Bakıda QANDONDURAN   CİNAYƏT - YENİLƏNİB
17 aprel 2026 15:31 (UTC +04:00)

Keçmiş arvadını öldürüb intihar etdi: Bakıda QANDONDURAN CİNAYƏT - YENİLƏNİB

0

Binəqədi rayonunda baş vermiş yanğın və ölüm faktları ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən daxil olan birgə məlumatda bildirilib.

Qeyd olunub ki, aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində 58 yaşlı Rafət Həsənova məxsus ümumi sahəsi 90kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 90kv.m., 2 otağının yanar konstruksiyaları 32kv.m. sahədə, bitişik sahəsi 66kv.m. olan talvar və evin həyətində park edilmiş BMW markalı  minik avtomobili, yaxınlıqda yerləşən 44 yaşlı Əziz Vəliyevə məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 80kv.m. sahədə və 3 otağının yanar konstruksiyaları 46kv.m. sahədə yanıb.

Habelə yanğının kəşfiyyatı zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 58 yaşlı Ceyran Həsənovanın meyitləri aşkar olunub.

Prokurorluq əməkdaşları tərəfindən icra olunan ilkin prosessual hərəkətlər nəticəsində Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş arvadı Ceyran Həsənovanı qeyd olunan evdə qəsdən öldürməsi, ardınca həmin evi və həyətdə olan avtomobili yandırması və daha sonra isə həyətyanı sahədə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

15:11

Bakıda ailə faciəsi yaşanıb.

Lent.az oxu.az-a istinadla bildirir ki, hadisə Binəqədi rayonu "BaksoL" yolu adlanan ərazidə, İncəçay küçəsində baş verib.

Kişi keçmiş arvadının bu küçədəki evinə gələrək onu xüsusi amansızlıqla qətlə yetirib.

Məlumata görə, hadisəni törədən şəxs qətli törədəndən sonra qazı açıb. Nəticədə partlayış baş verib. Qətl törədən kişi də hadisə yerində ölüb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Qeyd olunur ki, dəhşətli hadisə nəticəsində iki ev və avtomobil yanıb, bir evin isə partlayışın təsirindən dam örtüyü, pəncərələri yararsız hala düşüb.

***

saat 14:45

Bakıda dəhşətli hadisə baş verib. 

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 

Yaşayış evindən ər-arvadın yanmış meyitləri tapılıb. 

Hazırda hadisə yerində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1098

Oxşar yazılar