"Kifayətə gələn mesajlara baxanda..." - Gecəyarı QƏTLİN ŞOK DETALLARI
14 sentyabr 2022 20:15 (UTC +04:00)

"Kifayətə gələn mesajlara baxanda..." - Gecəyarı QƏTLİN ŞOK DETALLARI

CİNAYƏT İŞİ

Qısa arayış…

2018-ci il mayın 25-də Xəzər rayonu Buzovna qəsəbəsində Kifayət Yusifova qətlə yetirilib. Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat daxil olub. Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qətlin qadının əri 1983-cü il təvəllüdlü Anar Yusifov tərəfindən törədilməsi müəyyən edilib.

A.Yusifov mayın 26-a keçən gecə sakini olduğu Salyan şəhərində yerli polis əməkdaşları tərəfindən saxlanılır. O, həqiqətən həyat yoldaşı Kifayət Yusifovanı Bakıda öldürdüyünü və meyitini şəhər qəbirstanlığında dəfn etdiyini bildirib.
 
Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

K.Yusifovanın meyiti məzardan çıxarılaraq, ekskumasiya edilib.

Lent.az dəhşətli qətlin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, mayın 25-i səhər saat 9-da kirayə yaşadıqları Buzovna qəsəbəsi, V.Seryogin küçəsi 12b, mənzil 17- ünvanında Anar Yusifovla Kifayət Yusifova arasında, xəyanətə görə mübahisə yaranıb. Qadın şəxsiyyətini alçaldan ifadələr işlətməsinə, onunla yaşamaqdansa azad həyat tərzi keçirməsinə üstünlük verməsini söylədiyinə görə, Anar onu öldürmək qərarına gəlib. O, çarpayının üstünə çıxaraq, yastığı yoldaşının üzünə sıxıb. Bu hərəkəti ilə əri K.Yusifovanı öldürüb.

İş üzrə dindirilmiş Anar Yusifov bildirib ki aprelin 16-i gecə saat 1 radələrində evdə olduğu vaxt arvadı Kifayətin telefonuna mesaj səsi gəldiyini eşidib. Gecə vaxtı mesaj yazanın kimliyini ondan soruşanda, yoldaşı mesaj göndərənin iş yoldaşı Xəyalə olduğunu deyib:

“Arvadıma telefonun kodunu açmasını və mesaja baxmaq istədiyimi deyəndə Kifayət kodu açacağını, lakin ismarıcı o biri otaqda oxumağımı xahiş etdi. Arvadım kodu yığandan sonra, telefonu götürüb digər otağa keçdim. Amma şəbəkə proqramına yenə də daxil ola bilmədim. Kifayətdən proqramın da kodunu istədim. Səs gəlmədiyini görüb yataq otağına keçmək istəyəndə qapı bağlı idi. Kifayət də otaqdan cavab vermədi. Məcbur qalıb əsəbimdən otağımın şüşəsini sındırdım. Otağa daxil olanda həyətə açılan pəncərənin açıq olduğunu gördüm və başa düşdüm ki, yoldaşım qaçıb. Pəncərəni sındırarkən sağ əlimi şüşə kəsmişdi. Əlimdən qan axmasına baxmayaraq, telefonla küçəyə çıxıb, Kifayəti axtarmağa başladım. Arvadım bir müddət əvvəl özünü öldürməkdən danışdığına görə düşündüm ki, o, gedib özünü dənizə atacaq. Ona görə də dəniz tərəfə gedib ətrafa baxdım. Lakin onu tapmayaraq evə qayıtdım. 102 xidmətinə zəng edərək bu barədə məlumat verdim. Buzovna qəsəbəsində yerləşən 2-ci Polis Şöbəsinə dəvət olundum və ora gedib bu barədə izahat verib. Evdə 2-3 cəhddən sonra şəbəkə proqramına daxil oldum. Gələn mesajlara baxanda gözlərimə inanmadım. Mikrokartda Kifayətin başqa şəxslə olan şəkillərini gördüm. Ağlıma gəldi ki, Kifayət evdən qaçanda yəqin ki, o biri telefonunu da götürüb. Zəng edəndə arvadıma hər şeyi unutduğumu və uşaqlara görə onu bağışladığımı dedim. Hətta bir neçə dəfə onunla şəhərdə görüşdük. Mayın 25-də səhər saatlarında Kifayət evə gəldi. Yataq otağında paltarlarını sellofanlara yığmağa başladı. Söhbət zamanı ötən axşam zənglərimə niyə cavab vermədiyini, yenə həmin şəxslərlə görüşdüyünü soruşanda yoldaşım kobud şəkildə cavab qaytararaq, artıq müstəqil insan olduğunu bildirdi. Kifayəti arxası üstə çarpayının üzərinə yıxdım, öldürməyimə mane olmasın deyə, dizlərimi qollarına qoydum və yastığı sifətinə basaraq onu boğdum. Həmin vaxt yoldaşıma qarşı işgəncə xarakterli hərəkətlər etmədim. Məqsədim ancaq onu qısa zamanda öldürmək idi. Anam uşaqları məktəbə aparıb evə qayıdanda ona dedim ki, Kifayət özünü pis hiss edib və qəfildən ölüb. Sonradan zəng edib bu barədə qaynıma məlumat verdim. Kifayətin qohumları gələndən sonra, meyitini birlikdə Salyan şəhərinə apardıq və orda dəfn etdik. Ayın 26-a keçən gecə məni Salyan rayon Polis Şöbəsinə apardılar. Şöbəyə getməzdən əvvəl arvadımın telefonunu anasına verdim. Polis şöbəsində törətdiyim cinayəti etiraf etdim”.

Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 aprel 2018-ci il tarixli qərardan görünüb ki, Kifayət Yusifova material üzrə verdiyi izahatda göstərib ki, 2015-ci ildə Fariz adlı şəxslə internet vasitəsi ilə tanış olub. Bir neçə dəfə evdə heç kim olmadığı müddətdə onunla yaxınlıq edib. Aprelin 16-da həyat yoldaşı mobil telefonuna daxil olan mesaja baxmaq istəyib. Etiraz etdikdə aralarında mübahisə olub, buna görə evin pəncərəsindən qaçaraq gedib. Sonra Anarla telefonda danışarkən, xəyanət etdiyinə görə ondan boşanmasını xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Vüsal İsgəndərov ifadəsində Kifayət Yusifovanın onun bacısı olmasını göstərib. 2018-ci ilin aprel ayında Anar Yusifov ona Kifayətin evdən qaçmasını deyib, yoldaşının telefonda başqa şəxslə mesajlaşdığını, оnun xəyanət etdiyini bildirib:

“Həmin vaxt Anara qanun çərçivəsində hərəkət etməsini, boşanmalarına etiraz etmədiyimi söylədim. Daha sonra qohumlardan onların barışmaq üçün çalışdıqlarını eşitdim, ailədaxili münasibətlərinə qarışmaq istəmədim. Mayın 25-də Anar zəng edib Kifayətin evə paltar götürmək üçün gəldiyini, xəstəliyi ilə əlaqədar vəziyyətinin pisləşdiyini və öldüyünü bildirdi. Mən də Anarın arvadını öldürəcəyindən şübhələnməyərək, xalalarıma meyitin Bakıdan Salyan şəhərinə gətirmələrini xahiş etdim. Özüm isə orda dəfn mərasimi ilə bağlı işləri həll etdim. Həmin gecə Yusifovu polis şöbəsinə çağırdılar və o, Kifayəti boğub, öldürdüyünü etiraf etdi”.
 
Şahid Aygün Bəyverdiyeva bildirib ki, rəfiqəsi Kifayət Yusifova “Xalqlar Dostluğu” metrosunun yaxınlığında yerləşən gözəllik salonunda onun köməkçisi  işləyib:

“Kifayətin əri Anar arvadının telefonda başqa şəxslə yazışdığını bilib və buna görə də o, evdən qaçıb. 1 aya yaxın mənimlə birlikdə kirayə evdə qalıb. Bildiyimə görə, rəfiqəm evdən çıxdıqdan sonra qaynanası şəhərə gələrək uşaqlarının yanında qalıb. Mayın 25-i səhər saat 7 radələrində Kifayət Buzovna qəsəbəsinə, kirayə yaşadığı evə getdi. Həmin vaxtdan sonra onun telefonuna zəng çatmadı. Bundan nigaran qalıb Anara zəng edərək rəfiqəmi soruşdum. Anar Kifayəti öldürdüyünü dediyinə görə, mən saat 23 radələrində 102 xidmətinə zəng vuraraq Anar Yusifovun arvadını öldürdüyünü bildirdim”.
 
Şahid Ağababa İsgəndərov bildirib ki, Kifayət Yusifova onun qardaşı qızıdır:

“Mayın 26-da hüzr yerinə gəldikdə öyrəndim ki, Anarı gecə Salyan rayon Polis Şöbəsinə aparıblar. Sonra Bakıdan polis əməkdaşları gələrək, mərhumun meyitini qəbirdən çıxarıb tibbi ekspertizadan keçirdilər. Daha sonra, meyit çıxarıldığı yerdə dəfn olundu. Anarın cinayəti etiraf etməsindən sonra bildim ki, o, Kifayəti xəyanət üstündə qətlə yetirib. Qardaşım qızının ölümü ilə bağlı təqsirləndirilən şəxsdən şikayətim yoxdur”.
 
Şahid Fariz Məhəmmədli ifadəsində göstərib ki, Kifayət Yusifova ilə 2 il əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olub, aralarında yaxın münasibət yaranıb:

“Tanışlığımızdan xeyli müddət sonra özünü Gülnar adı ilə təqdim edən qadının əslində Kifayət və 2 uşaq anası olduğunu bildim. Onunla Buzovna qəsəbəsində, kirayə yaşadığı evdə görüşəndə, orda heç kim olmayıb. Kifayət yoldaşının işdə olduğunu, qızlarının isə internat məktəbində oxuduqlarını və yalnız şənbə-bazar günləri evə gəldiklərini demişdi. O, əri Anarı sevmədiyini, sadəcə uşaqlarının xətrinə onunla bir evdə yaşadığını deyirdi. Aprelin 18-də Kifayətlə danışanda qadın evdən qaçdığını, artıq ora qayıtmayacağını və rəfiqələri ilə birlikdə qalacağını dedi.

Həmin gün Anarla da telefonda danışdıq. Yusifov mesajlarımı gördüyünü və arvadı ilə aramızdakı əlaqə barədə soruşdu. Anara Kifayətlə aramızda çoxdan sevgi münasibəti olduğunu bildirdim. Kifayətin həyat yoldaşı tərəfindən öldürülməsi xəbərini Xəzər rayon prokurorluğuna çağırılarkən bildim”.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Yusifov 13 il müddətinə azadlıqdan məhrum olunub.

# 15234
avatar

Mehman Nəbiyev

Oxşar yazılar