"Killer"lər narkotaciri   öldürdülər - Əməliyyat PLANI
18 iyun 2026 16:27 (UTC +04:00)

"Killer"lər narkotaciri öldürdülər - Əməliyyat PLANI

0

Rusiyanın Moskva vilayətində naməlum şəxslər qatil tutaraq narkotaciri öldürüblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, qatil də öz növbəsində əməliyyata bir neçə dostunu cəlb edib və onlara 13-16 min rubl məbləğində pul mükafatı təklif edib.

Qrup Moskva vilayətinə gəlib və içərisində guya narkotik maddə olan saxta büküm hazırlayıb. Daha sonra həmin bükümü Domodedovo ətrafındakı meşədə gizlədərək onun fotosunu və koordinatlarını narkotacirə göndəriblər.

Bundan sonra isə şübhəlilər narkotacir üçün pusqu qurublar. Heç bir təhlükədən şübhələnməyən kişi bükümü götürmək üçün göstərilən yerə gəlib. Həmin vaxt onu əvvəlcədən pusqu quran şəxslər qarşılayıblar.

Onlar silahla zərərçəkmişə hücum ediblər. Aldığı xəsarətlər nəticəsində kişi hadisə yerində həyatını itirib.

Cinayətdə iştirak edən dörd nəfər saxlanılıb. Məhkəmənin hökmü ilə onlar 8 il 6 aydan 10 ilədək müddətə azadlıqdan məhrum ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar