Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18 aprel 2024 13:56 (UTC +04:00)

Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü

Rusiyanın Udmurtiya Respublikasında Ali Məhkəmə iki azyaşlı uşağını qətlə yetirən 29 yaşlı Kez rayonunun Kabalud kənd sakinini ömürlük həbsə məhkum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, məhkum, həmçinin uşaqların anasının xeyrinə üç milyon rubl məbləğində mənəvi ziyana görə təzminat ödəyib.

Məhkəmə müəyyən edib ki, 2023-cü il noyabrın 18-nə keçən gecə həmin şəxs yeddi yaşlı oğlu və üç yaşlı qızı ilə mənzildə olub. O, həyat yoldaşının tərtib etdiyi boşanma ərizəsini tapıb və ondan qisas almaq qərarına gəlib. Arvadını uşaqlarla qoymaq istəməyən kişi onları yatarkən bıçaqla vurub.

Məhkəmədə o, təqsirini tam etiraf edib.

# 3309
avatar

Oxşar yazılar