Külli miqdarda pul aparan universitet müəllimi HAKİM QARŞISINDA
26 noyabr 2025 11:13 (UTC +04:00)

Külli miqdarda pul aparan universitet müəllimi HAKİM QARŞISINDA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Qənbərov Cəbrayıl Rəfael oğlunun cinayət işi üzrə məhkəmə hazırlıq  prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə dövlət ittihamçısının ittiham aktını elan etməsi ilə başlayıb.

Təqsirləndirilən C. Qənbərov özünü qismən təqsirli bildiyini dedi.

Şahid Abdullayeva Rəna şikayətinin ancaq hazırda Şəki İstintaq Təcridxanasında saxlanılan digər təqsirləndirilən Zaur Musayevlə bağlı olduğunu dedi.

Zərərçəkənlər Aslanov Səyyar, Bağırov Elçin ilkin ifadələrini təsdiq etdiklərini bildiriblər.

Bundan sonra digər şahidlərin iştirak etməsi üçün növbəti proses 17 dekabr saat 14:30-a təyin edilib.

Xatırladaq ki, Bakı Biznes Universitetində metodist-müəllim işləmiş Cəbrayıl Qənbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilir. Təqsirləndirilən şəxs zərərçəkənlərə vəd verib ki, onları orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcək. Cinayət işində ümumi ziyanın miqdarı 200 mindən çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 130

Oxşar yazılar