Oğuzda AĞIR QƏZA:  ölən və yaralananlar var
25 noyabr 2025 21:15 (UTC +04:00)

Oğuzda AĞIR QƏZA: ölən və yaralananlar var

0

Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisində “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Lent.az xəbər verir ki, hadisə nəticəsində sürücü Sakit Əzimov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Avtomobildə olan daha iki sərnişin - 1989-cu il təvəllüdlü Dəymədağlı kənd sakini Səxavət Hüseynov və 1991-ci il təvəllüdlü Sincan kənd sakini Röyal Qarayev xəsarət alıb. Röyal Qarayevin xəsarətləri yüngül olduğundan ona hadisə yerində ilkin tibbi yardım göstərilib, Səxavət Hüseynov isə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar