Ata qızına yemək bişirmək  üçün 900 km  qət etdi
26 noyabr 2025 10:55 (UTC +04:00)

Ata qızına yemək bişirmək üçün 900 km qət etdi

0

Çində bir ata doğma şəhərindəki işini tərk edərək qızının universiteti yaxınlığında küçə yeməyi satışı məntəqəsi açıb. Buna səbəb qızının kampusdakı yeməklərin keyfiyyəti ilə bağlı daim şikayət etməsi olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, kişi əvvəlcə barbekü restoranında çalışırmış, lakin işini buraxıb qızının təhsil aldığı şəhərə köçməyə qərar verib. Bunun üçün o, təxminən doqquz yüz kilometr yol qət etməli olub.

O, universitetin yaxınlığında kiçik bir küçə yeməyi məntəqəsi qurub və qızına yeməyi özü bişirməyə başlayıb. İlk gün o, cəmi yeddi porsiya sata bilib. Bu isə qızının repetitor kimi bir günə qazandığından da az olub.

Qız sosial şəbəkələrdə ailəsinin hekayəsini paylaşaraq atasının yeməkləri necə böyük diqqətlə hazırladığını təsvir edib və ona necə kömək edə biləcəyi barədə məsləhət istəyib. Paylaşım geniş rezonans doğurub: atasının qurduğu məntəqəyə tələbələr, müəllimlər və rayon sakinləri axışmağa başlayıblar. Qız dərslərini və əlavə işini birləşdirərək atasına kömək etməyə başlayıb.

Bildirilir ki, ana leykozdan vəfat etdikdən sonra ata qızı ilə tək yaşayıblar və kişi qızına söz verib ki, o, təhsilinə harada davam edəcəksə, yanında olacaq. Qız qeyd edib ki, atası verdiyi sözü tutub və onun qayğısı onun üçün “günəş kimi isti”dir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar