Rusiyanın Abakan şəhərind həkimlər qeysəriyyə əməliyyatı zamanı qadının bədənində iynəni unudublar.
Lent.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Qadının qohumları hadisənin 2018-ci ildə doğuşdan sonra baş verdiyini ehtimal edirlər. Həmin vaxt o, qeysəriyyə əməliyyatı keçirilib və tikişlər qoyularkən iynə pasiyentin bədənində unudulub.
Buna baxmayaraq, sonradan çəkilən rentgen və USM görüntülərində iynə görünməyib.
Yad cisim yalnız bu il, üç ay əvvəl, qadın yıxıldıqdan sonra aşkar edilib. Yeni rentgen şəklində onun bədənindəki cərrahi iynə aydın olaraq görünüb.
Həkimlər iynənin çıxarılması üçün əməliyyat keçirməyi təklif ediblər. Lakin zərərçəkənin həyat yoldaşı bildirib ki, ailə tibb müəssisəsinə inamını itirib və məhkəməyə müraciət etmək niyyətindədir.
Beləcə, qadın hələ də bədənindəki iynə ilə yaşamağa davam edir.
