Yandırılmağa gətirilən meyit dirildi
25 noyabr 2025 17:27 (UTC +04:00)

Yandırılmağa gətirilən meyit dirildi

0

Tailandda kremasiyaya gətirilən qadın tabutun dirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, pikapın yük yerində ağ tabutda uzanan qadın əllərini və başını azca tərpədib. Bu isə məbəd işçilərini çaşqın vəziyyətə salıb.

Məbədin rəhbəri Payrat Sudthup bazar ertəsi bildirib ki, 65 yaşlı qadını qardaşı kremasiya üçün Pitsanulok vilayətindən gətirib. Onun sözlərinə görə, məbədin xidmətçiləri tabutun içindən zəif döyüntü səsi eşidiblər:

“Bir qədər təəccübləndim və onlardan tabutu açmağı xahiş etdim, hər kəs heyrətə gəldi. Gördüm ki, o, gözlərini bir az aralayıb və tabutun divarına əllərini çırpır”.

Payratın sözlərinə görə, qadının qardaşı bildirib ki, bacısı təxminən iki il yataq xəstəsi olub, sonra onun səhhəti pisləşib və o, baş verənlərə reaksiya verməyi dayandırıb. İki gün əvvəl isə, nəfəs almağı tamamilə dayanıb. Bundan sonra qardaş onu tabuta qoyub və qadının daha əvvəl orqanlarını bağışlamaq istədiyini bildirdiyi üçün Bangkoka, 500 kilometr məsafədəki xəstəxanaya yola düşüb.

Payratın dediyinə görə, xəstəxana qardaşın müraciətini qəbul etməyib, çünki onun rəsmi ölüm şəhadətnaməsi olmayıb. Məbəd isə pulsuz kremasiya xidməti təqdim etdiyindən qardaş bazar günü onlara müraciət edib, lakin sənəd olmadığı üçün burada da ona imtina verilib.

Məbədin idarəedicisi bildirib ki, o, qardaşa ölüm şəhadətnaməsini necə əldə etməyi izah etdiyi vaxt tabutun qapağından döyüntü səsi eşidilib. Sonra onlar “dirilən” qadını yoxlayaraq yaxınlıqdakı xəstəxanaya göndəriblər.

Payrat Sudthupun sözlərinə görə, məbəd qadının tibbi xərclərini öz üzərinə götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar