Lənkəranda qardaşını öldürənə  bu cəza verildi
21 yanvar 2026 17:03 (UTC +04:00)

Lənkəranda qardaşını öldürənə bu cəza verildi

0

Lənkəranda qardaşını öldürməkdə təqsirləndirilən Cəlal Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Cəlal Abdullayev 10 il müddətə azadlıqdan məhrum edilib. Məhkəmə hadisədən sonra təqsirləndirilən şəxsin istintaqa təslim olmasını, barışıq əldə olunmasını nəzərə alıb.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib. Təqsirləndirilən 36 yaşlı Cəlal Abdullayev 22 yaşlı qardaşı Camal Abdullayevi bıçaqlayaraq qətlə yetirib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci ( Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar