“Mango”nun sahibini oğlu öldürdü:  1 milyona azadlığa çıxdı - YENİLƏNİB
20 may 2026 10:45 (UTC +04:00)

“Mango”nun sahibini oğlu öldürdü: 1 milyona azadlığa çıxdı - YENİLƏNİB

0

İspaniyanın Martorell şəhərindəki  məhkəmə “Mango” geyim brendinin qurucusu İsak Andikin oğlu Conatan Andikin həbsdən azad olunması üçün 1 milyon avro məbləğində girov təyin edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Kataloniya Ali Məhkəməsinin nümayəndələri müəyyən edilən məbləğin artıq ödənildiyini bildiriblər.

***
19 may, saat: 14:31

Məşhur tekstil şirkətlərindən olan “Mango”nun qurucusu İsak Andiç Ermayın oğlu Conatan Andiç atasını öldürmək şübhəsi ilə saxlanılıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Kataloniya bölgəsinin yerli polisi hadisə vaxtı atasının yanında olan, İsak Andiçin ölümündə şübhəli bilinən oğlu Conatan Andiçi nəzarətə götürüb.

Conatan Andiç istintaq zamanı atasının ölümünə görə məsuliyyət daşıdığı ilə bağlı iddiaları rədd edib.

Qeyd edək ki, “Forbes” jurnalının 2024-cü il siyahısına əsasən, İsak Andiç təxminən 4,5 milyard avro sərvəti ilə İspaniyanın ən varlı beşinci iş adamı hesab olunurdu. Türkiyə və İspaniya vətəndaşı olan iş adamı İspaniyada dağ gəzintisi zamanı ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1140

Oxşar yazılar