“Mələklər deyirdi ki, arvadın səni aldadır, mən də öldürdüm” - MƏHKƏMƏ
17 dekabr 2025 13:53 (UTC +04:00)

“Mələklər deyirdi ki, arvadın səni aldadır, mən də öldürdüm” - MƏHKƏMƏ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə  həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, təqsirləndirilən N. Məhərrəmov sərbəst ifadə verib. O ifadəsində  deyəcəkləri üçün qınanılmamasını, ağıl sağlığının yerində olduğunu bildirib:

"Mən dəli deyiləm. Amma mələklər mənə bütün maskaların düşəcəyini, seçilmiş insan olduğumu deyirdilər. Mələklər mənə bu qadının məni aldatdığını, başıma oyun açacağını deyirdilər. Ceyhun adlı şəxs Elnur adlı şəxsdən istifadə edib məni əzib şantaj etmək istəyirlər. Bunlar mənə aydın deyilmişdi. Həyat yoldaşıma dedim sən necə mömin qadınsan ki, əxlaqa zidd davranışlar edirsən? O bunu inkar edirdi. Onu mətbəx bıçağı ilə öldürdüm, döş qəfəsi və qarın boşluğundan vurmuşdum. Axırıncı zərbəni boğazından vurdum. Əslində onun başını kəsmək istəyirdim, amma barmaqlarını qabağa verib imkan verməyəndə barmaqları kəsildi".

Daha sonra təqsirləndirilən şəxs məhkəmənin və dövlət ittihamçısının suallarını cavablandırıb.

Məhkəmə tərkibi məhkəmə istintaqının yekunlaşdığını elan edib. Çıxışlar üçün növbəti proses 7 yanvar saat 14:30-a təyin edilib.

Xatırladaq  ki, 2025-ci ilin aprelin 7-si, saat 19:00 radələrində Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən "Neftçilər" parkında Natiq Məhərrəmov çoxsaylı bıçaq zərbələri ilə həyat yoldaşı Sevinc Məhərrəmovanı qətlə yetirib. Həmin gün cinayəti törədən şəxs 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Suraxanı rayon prokurorluğu tərəfindən Natiq Məhərrəmova CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə yekun ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar