Əməkdar müəllim VƏFAT ETDİ:  sükan arxasında ürəyi dayanıb - YENİLƏNİB
17 dekabr 2025 14:39 (UTC +04:00)

Əməkdar müəllim VƏFAT ETDİ: sükan arxasında ürəyi dayanıb - YENİLƏNİB

0

TƏBİB Əməkdar müəllim ölümü ilə bağlı açıqlama verib.

Bildirilib ki, dekabrın 14-ü saat 11:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan digər şəxs (qadın) travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

***
12:56

Əməkdar müəllim Nadir Hüseynov sükan arxasında ölüb.

Lent.az xəbər verir ki, aktyor Nofəl Vəliyev APA-ya bildirib ki, Nadir Hüseynovun sükan arxasında ürəyi dayanıb, daha sonra avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qeyd edək ki, o, 1952-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

1975-ci ildə Leninqradda keçirilən ümumittifaq bədii qiraətçilər müsabiqəsinin diplomantı olub. Sonrakı illərdə N. Hüseynov müxtəlif televiziya verilişlərinin, yubileylərin və tədbirlərin aparıcısı kimi çıxış edib. Xüsusilə Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Ozan” folklor toplusu verilişinin aparıcısı kimi tanınıb.

O, uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edirdi.

***

saat 12:30

Bədii qiraətçi, professor, Əməkdar müəllim Nadir Hüseynov vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə aktyor Nofəl Vəliyev sosial şəbəkədə paylaşım edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1032

Oxşar yazılar