Məmurun oğlunu öldürən "qanuni oğru"ya YENİ İTTİHAM
18 aprel 2026 16:07 (UTC +04:00)

Məmurun oğlunu öldürən "qanuni oğru"ya YENİ İTTİHAM

0

Rusiyada həbsdə olan “qanuni oğru”ya yeni ittiham irəli sürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Dimitrovqrad həbsxanasında olan “Qoqa Potiyiski” kimi tanınan “qanuni oğru” Georgiy Ququşvili cinayət iyerarxiyasında ən yüksək mövqedə olmaqda ittiham olunur.

Qoqa həmçinin qadağan olunmuş ekstremist AUE hərəkatının hüceyrəsinə rəhbərlik etməkdə (CM-nin 282.2-ci maddəsi) ittiham olunur. Onu 20 ildən çox həbs cəzası gözləyir.

İstintaqın versiyasına görə, Potidən olan Gürcüstan vətəndaşı regiondakı həbsxanalara təsir göstərib, AUE ideologiyasını yayaraq məhbusları aclıq aksiyalarına, özünə xəsarət yetirməyə və daxili qaydaları pozmağa təhrik edib.

Onun təsirinin digər cəzaçəkmə müəssisələrinə də yayılması sübut edir ki, o, regionda uzun müddətdir fəaliyyət göstərir. Ulyanovsk vilayətində “qanuni oğru”nun olması nadir, hətta istisna hal hesab olunur: uzun illərdir ki, hüquq-mühafizə orqanları bu cür şəxslərin yerli həbsxanalarda olmadığını bildirirdi.

Qoqa 2018-ci ildə Moskvada iş adamı və dağıstanlı məmurun oğlu Aleksandr Karçenkonun qətli ilə bağlı saxlanılıb. O, dörd il axtarışda olub. Məlumata görə, zərərçəkmiş Qoqanın adamlarına öz mağazasında kafe açmağa icazə verməyib, münaqişə yaranıb və Qoqa, bıçaqla Karçenkonun ürəyinə zərbə endirərək onu öldürüb.

Qeyd olunur ki, Qoqa Moskvada mənzil oğrularına nəzarət edir və müxtəlif bölgələrdən gələn cinayətkarlardan “obşak” üçün pay alıb. Qətl baş verən vaxta qədər onun üzərində bir neçə oğurluq və sənəd saxtalaşdırılması ilə bağlı məhkumluqlar olub.

Presnenski Məhkəməsi onu cəzasını xüsusi rejimli həbsxanada çəkməklə 13 il azadlıqdan məhrum edib, daha sonra apellyasiya cəzanı 1 ay azaldıb. Ehtimal olunur ki, rejim pozuntularına görə o, qapalı tipli həbsxanaya köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar