Müğənnini qocalar evində boğub öldürdülər
18 noyabr 2025 12:21 (UTC +04:00)

Müğənnini qocalar evində boğub öldürdülər

0

İspan aktrisa və müğənnisi Enkarnita Polo qocalar evində boğularaq öldürülüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 86 yaşlı Polo Avila şəhərindəki qocalar evində uzun müddətdir xərçəng müalicəsi alırmış. Burada yaşayan digər sakin onu boğaraq qətlə yetirib. 

Hadisənin bütün detalları araşdırılır.

Təqsirli şəxs qismində 80 yaşlı kişi saxlanılıb və insidentdən sonra psixiatriya şöbəsinə yerləşdirilib. Enkarnita Polo 1960–70-ci illərin ispan pop səhnəsinin ulduzu idi və xüsusilə məşhur “Paco, Paco, Paco” hitinə görə tanınırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar