Niyə 10 ildən çoxdur yeni "qanuni oğru"  yoxdur? - Baş redaktordan maraqlı AÇIQLAMALAR
22 yanvar 2026 17:19 (UTC +04:00)

Niyə 10 ildən çoxdur yeni "qanuni oğru" yoxdur? - Baş redaktordan maraqlı AÇIQLAMALAR

0

Məşhur “primecrime” saytının baş redaktoru Liliya Xarına Rusiya mediasına müsahibə verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, o, müsahibəsində 2026-cı ildə “oğru” dünyasında gözlənilən yeniliklərdən danışıb.

Şakro Molodoyun liderlik mövqeyi barədə proqnozlarınız nədir? Onlar əvvəlki kimi möhkəm qalacaqmı?

- Şakro öz statusunun girovudur. Ola bilsin, özü də baş verən bir çox şeydən razı deyil, amma öz rolunu oynamağa məcburdur. Moskvada işinin düşdüyü “qanuni oğru”ların hamısı onun adamı deyil. Şakro hamının sevimlisi deyil, çünki hakimiyyəti bölüşmür və hər şeyi özü həll edir. Bir çoxları açıq şəkildə onun “köhnəlməsini”, səhnədən çəkilməsini gözləyir — indi bütövlükdə Şakronun əlində olan paydan özlərinə də düşəcəyinə ümid edirlər.

Zaxariy Kalaşovun səhhətində problemlər olduğu barədə şayiələr gəzirdi. Əgər təbii səbəblərdən səlahiyyətlərini yerinə yetirə bilməsə, oğru dünyası necə dəyişə bilər?

- Onun yaşında bir çox insanda sağlamlıq problemləri olur. Şakro da istisna deyil. Eşitmişəm ki, müalicəvi sulara gedir. Əminəm ki, aktiv həyatını uzatmaq onun əsas prioritetidir.

Keçən il Kalaşov faktiki olaraq Moskvadakı əsas “qanuni oğru” — Badri Koguaşvilini vəzifədən uzaqlaşdırdı. Bu iki avtoritetin münasibətləri necə olacaq, Badri yenidən paytaxt “taxtına” qayıtmağa cəhd edə bilərmi?

- Şakro və Badri hələ də Moskvada kifayət qədər sakit şəkildə birgə mövcuddurlar. İstənilən “kadr təyinatları” kartları qarışdıranlardan asılıdır.

Bu gün beynəlxalq diplomatiya Kiyev və Moskva arasında sülh razılaşması üzərində işləyərkən, keçmiş məhbuslardan ibarət bir çox SVO döyüşçüsünün geri qayıtması ehtimalı yaranıb. Onların arasında az sayda kriminal avtoritet də var. Bu insanların qayıdışı cinayət və oğru dünyasını necə dəyişə bilər?

- Bu şəxslər oğru dünyasına təsir etməyəcək. Əsas məsələ onların hərbi bacarıqlarına dinc sahədə tətbiq tapmaqdır.

Sizin fikrinizcə, Timur Kapba (Quli) ilə Raul Bartsba (Pıza) arasındakı Qafqaz oğru dramı davam edəcəkmi?

- Birmənalı olaraq, bu hekayə davam edəcək.

2026-cı ildə oğru dünyasında hansı əsas hadisələri gözləyirsiniz?

- Oğru dünyası konservativdir. Oradakı əsas oyunçular yenə eynidir: Şakro, Laşa, Taro, Merab. Əgər ciddi bir şey baş versə, böyük ehtimalla onların arasında və ya onların iştirakı ilə olacaq.

Yeni “taclandırmalar” (koronasiyalar) mümkündürmü? Mümkündürsə, əsas namizədlər kimlərdir? Namizədlər yoxdursa, səbəbi nədir?

- Şakronun tətbiq etdiyi moratoriuma görə “qanuni oğru”ların sayı artıq 10 ildən çoxdur artmır. Onun məntiqinə görə, konflikt mövcud olduqca və oğrular parçalanmış vəziyyətdə qaldıqca yeni taclandırmalar mümkün deyil. Əvvəllər taclandırma mərasimləri, yeri gəlmişkən, konfliktlərin həlli ilə əlaqələndirilirdi. Amma görünür, hazırkı münaqişənin yaxın vaxtda sülh yolu ilə həlli gözlənilmir, deməli oğruların sayı da artmayacaq. Əslində Şakronun təkbaşına bu qədər kütləni cilovlaması diqqətəlayiqdir.

Xüsusi xidmət orqanlarının öz məqsədləri üçün istifadə etdiyi sistemli “qanuni oğru”lar ölkənin cinayət dünyasında hansı rolu oynayacaq? Onların əhəmiyyəti artacaqmı və bu cinayətkarlığa təsir edəcəkmi?

- Bu azsaylı qrup xüsusi xidmət orqanlarına yalnız öz dünyalarının daxilində nizam-intizamı qorumaq üçün lazımdır. Bu, “qanuni oğru”ların ilkin funksiyasıdır və onlar ümumi deqradasiyaya baxmayaraq bu işi uğurla yerinə yetirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar