Qadın içkiyə görə ərinin dostlarını diri-diri YANDIRDI
21 fevral 2026 14:38 (UTC +04:00)

Qadın içkiyə görə ərinin dostlarını diri-diri YANDIRDI

0

Rusiyanın Krasnoyarsk diyarında Tubinsk kəndində qadın ərinin üç dostunu amansızlıqla öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə yeddi kişinin spirtli içki qəbul etdiyi məclis zamanı baş verib. Bir an dostlardan birinin 42 yaşlı arvadı onların yanına gəlib. Qadın ərinin və onun tanışlarının spirtli içki qəbul etməsindən narazılığını ifadə edib.

Daha sonra o, gedib və benzinlə dolu qabla geri qayıdaraq evi yandırıb. Sərxoş olan üç kişi evdən çıxa bilmədikləri üçün ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin “xüsusi amansızlıqla, ictimai təhlükəli üsulla törədilmiş üç nəfərin qətli” maddəsi ilə cinayət işi başlanıb. Şübhəli şəxs saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar