Qısqanc qadın iki ərini də  öldürdü
04 aprel 2025 15:23 (UTC +04:00)

Qısqanc qadın iki ərini də öldürdü

Rusiyanın Volqoqrad vilayətində 45 yaşlı qadın birinci ərinin qətlinə görə cəza çəkib və ikinci ərini də qətlə yetirdiyinə görə həbs edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, qətlə görə cəza çəkən qadın ikinci dəfə evlənib. 2024-cü ilin noyabr ayında o, və yeni əri İvan M. evdə birlikdə spirtli içki qəbul ediblər. İçki içərkən ər-arvad arasında münaqişə yaranıb.

Arvad ərini qısqanıb və onun döş qəfəsindən iki bıçaq zərbəsi endirib. Daha sonra qadın təcili yardım çağırıb, lakin zərərçəkən xəstəxanada ölüb.

Təqsirləndirilən şəxs günahını etiraf edib. Volqoqradın Dzerjinski Rayon Məhkəməsi qadına hökm çıxarıb. O, səkkiz ilini ümumi rejimli islah həbsxanasında keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2460

Oxşar yazılar