Qumar pulunu leqqalaşdıranlara HÖKM OXUNDU
12 may 2026 17:15 (UTC +04:00)

Qumar pulunu leqqalaşdıranlara HÖKM OXUNDU

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə əmlakın leqallaşdırılmasında təqsirləndirilən Rusiya Federasiyası vətəndaşları - İgor  Zabolotskik və İlnur Valıtovun cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki,  hökmə əsasən İ. Zabolotskik və  İ. Valıtovun ayrılıqda  3 il müddətinə azadlıqdan məhrum edilməsi elan olunub.

Dövlət ittihamçısı hər iki təqsirləndirilənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, onlar qumar oyunlarından cinayət yolu ilə əldə edilmiş 98 min manat pulun leqallaşdırılmasında təqsirləndirilirlər. 

Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 - ci maddəsi üzrə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 736

Oxşar yazılar