Repçini öldürüb meyitini tualetə atdılar
10 aprel 2026 15:11 (UTC +04:00)

Repçini öldürüb meyitini tualetə atdılar

0

Argentinada tanınmış repçi evinin həyətində yerləşən tualetdə ölü tapılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 58 yaşlı Mayk Di (əsl adı Roberto “Tito” Martin Alerutso) bir neçə gün əvvəl itkin düşüb. Dostları və qonşuları buna görə həyəcan təbili çalıblar. 

İki günlük axtarışlardan sonra onun cəsədi tualetdə aşkar edilib. Üzəri təxminən 15 santimetrlik torpaq və tikinti tullantıları ilə örtülmüş vəziyyətdə olub.

İlkin tibbi müayinə ağır kəllə-beyin travması və digər xəsarətlərin olduğunu göstərib.

Polis hadisə ilə bağlı iki şübhəlini saxlayıb. 29 yaşlı Xoel Ramses Baladan martın 31-də reperlə birlikdə görülüb. Şahidlərin sözlərinə görə, üzü qana bulaşmış musiqiçi Baladana işarə edərək onun tərəfindən döyüldüyünü və telefonunun oğurlandığını qışqırıb. İkinci şəxs 33 yaşlı Pablo Qarsiya isə özü könüllü şəkildə təslim olub. Hər ikisi günahını inkar edir və məsuliyyəti bir-birinin üzərinə atır.

Məlumata görə, qətl baş verən gün Baladan mağazaya daxil olaraq paltardan qanı daha yaxşı necə təmizləmək barədə soruşub və bunu guya qəssabxanada işləməsi ilə izah edib. İstintaq hesab edir ki, cinayətin motivi musiqiçinin əmlakını ələ keçirmək istəyi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar