Rusiyada 15 yaşlı şagird məktəbə hücum  etdi: ölən və yaralananlar var - VİDEO
16 dekabr 2025 12:26 (UTC +04:00)

Rusiyada 15 yaşlı şagird məktəbə hücum etdi: ölən və yaralananlar var - VİDEO

0

Rusiyanın Moskva vilayətinin Odintsovo şəhərində məktəbdə qətl hadisəsi olub.

Lent.az yerli telegram kanallarına istinadla bildirir ki, hadisə Qorki-2 qəsəbəsindəki məktəbdə baş verib. 9-cu sinifdə təhsil alan 15 yaşlı Timofey K. oxuduğu Uspensk orta məktəbinə gəlib və ilkin məlumata əsasən, mühafizəçini və bir neçə şagirdi bıçaqlayıb.

Hücum nəticəsində bir uşaq ölüb, daha iki nəfər yaralanıb. Hadisədən sonra o, bir şagirdi girov saxlayıb. Polis əməkdaşları sinif otağında barrikada quraraq, onunla danışıqlar aparıblar.

Məlumata görə, hücumu törədən 15 yaşlı yeniyetmənin köynəyində “No Lives Matter” (Heç kimin həyatı vacib deyil) yazısı olub. “No Lives Matter” adı altında zorakılığı, terrorizmi və bəşəriyyətin məhvini təbliğ edən bir qurumun mövcud olduğu bildirilir.

Cinayətkar yeniyetmənin telefon qalereyasında selfilər və qətlə yetirilmiş 4-cü sinif şagirdinin fotosu aşkar edilib. Bundan başqa, yeniyetmə üzərində ekstremist sitatlar və sağ radikal təşkilatların adları yazılmış öz dəbilqəsinin də şəklini çəkib. Xüsusilə, dəbilqənin üzərində “Sygaown” sözü yer alıb ki, bu da 2022-ci ildə ABŞ-də baş vermiş kütləvi atışmaya istinad hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar