Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ
30 sentyabr 2023 19:25 (UTC +04:00)

Sabiq polis onu bezdirən uşağı GÜLLƏLƏDİ

Dağıstanın İzberbaş şəhərində Daxili İşlər Nazirliyinin 58 yaşlı keçmiş əməkdaşı 16 yaşlı yeniyetməni güllələyib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, təqaüdə çıxan polis yanacaqdoldurma məntəqəsində işləyir. Onun güllələdiyi yeniyetmə də 2023-cü ilin yayından yanacaqdoldurma məntəqəsində yarım  iş günü çalışır.

İki yanacaqdoldurma məntəqəsinin işçisi arasında münaqişə baş verib. Bildirilir ki, keçmiş polis əməkdaşı təlxək kimi rəqs edən, telefonunu çıxarıb borc pul istəyən həmkarının davranışından bezib. Kişi pnevmatik tapançanı götürərək yeniyetməyə tuşlayıb və atəş açıb.

Nəticədə yeniyetmə ağciyərinin deşilməsi ilə xəstəxanaya yerləşdirilib. Təqaüdçü atəşi təsadüfən açdığını iddia edir. Həmin şəxsə qarşı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4074
avatar

Oxşar yazılar