Sabirabadda kişi bıçaqlandı
09 mart 2024 11:16 (UTC +04:00)

Sabirabadda kişi bıçaqlandı

Martın 8-də gecə saatlarında Sabirabad rayonunun Bulduq kənd sakini Ə.Səmədovun müxtəlif dərəcəli kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Araşdırmalar çərçivəsində həmin şəxsin izahatı alınıb.

Faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir.

# 3297
avatar

Oxşar yazılar