Cəlilabadda tapılan silah
23 iyun 2021 11:47 (UTC +04:00)

Cəlilabadda tapılan silah

Şəhərdə silahla gəzən tutuldu

0

Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində üzərində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən rayon sakini  H.Eyvazov saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, ondan üzərində “Pistole Model 27 Kal – 7.65” yazılmış 1 ədəd tapança, içərisində 8 ədəd patron olan həmin tapançaya aid sandıqça aşkar olunaraq götürülüb.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2201

Oxşar yazılar