Şəmkirdə yeznə qaynını  bıçaqladı
16 mart 2024 16:37 (UTC +04:00)

Şəmkirdə yeznə qaynını bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Qaracəmilli kəndində baş verib.

Kənd sakini, 34 yaşlı E.Heydərov aralarında yaranmış mübahisə zəminində qaynı, 31 yaşlı R.Hüseynlini bıçaqlayıb.

Hadisənin motivləri bəlli deyil. Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törədən E. Heydərov saxlanılıb.

Araşdırma aparılır.

# 4068
avatar

Oxşar yazılar