“SOCAR-AQŞ”nin 54 milyonluq mənimsəmə işində YENİ QƏRAR
07 oktyabr 2026 15:40 (UTC +04:00)

“SOCAR-AQŞ”nin 54 milyonluq mənimsəmə işində YENİ QƏRAR

0

Bu gün Ali Məhkəmədə külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin kassasiya şikayətinə baxılıb.

Lent.az xəbər verir ki, məhkəmə Ramin İsayevin kassasiya şikayətini təmin etməyib.

Beləliklə, onun barəsində əvvəl çıxarılmış hökm qüvvədə saxlanılıb.

İş üzrə zərərçəkmiş qismində “SOCAR AQŞ” MMC, “Abşeron Qazma” MMC və “Aqrarkredit” QSC tanınıb.

Xatırladaq ki, Ramin İsayev 54 milyon manatlıq mənimsəmədə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü – xüsusilə külli miqdarda mənimsəmə və 193-1.3.2-ci – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb.

Ramin İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. Daha sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 sentyabr 2025-ci il tarixli hökmü ilə Ramin İsayev 4 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

2026-cı il yanvarın 27-də həmin hökmdən verilən apellyasiya şikayəti də təmin olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 604

Oxşar yazılar