Sükan arxasında sürücünün başını kəsdilər,  qohumları tutuldu
03 aprel 2024 14:11 (UTC +04:00)

Sükan arxasında sürücünün başını kəsdilər, qohumları tutuldu

0

Türkiyədə dəhşətli qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Afyonkarahisar şəhərinin Sultandağı qəsəbəsində baş verib. Burada avtomobilin sükanı arxasında boğazı kəsilmiş kişi meyitinin tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Aparılan araşdırmalarla 43 yaşlı Arif Köçerin boğazı kəsilərək öldürüldüyü müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində onun iki qohumu cinayətdə şübhəli bilinərək saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4820

Oxşar yazılar