Sumqayıtda DƏHŞƏT:  "patı" çəkib arvadını və qoca anasını  döydü
22 oktyabr 2025 18:15 (UTC +04:00)

Sumqayıtda DƏHŞƏT: "patı" çəkib arvadını və qoca anasını döydü

0

Sumqayıtda narkotik vasitənin təsirində olan kişi arvadını və öz anasını döyüb.

Lent.az-ın məlumatına görə, 51 yaşlı Fuad Mirzəyev (ad və soyad şərtidir) gecə saatlarında sərxoş halda evə gəlib.

Arvadı onun corabından şpris tapıb. Bundan sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı Fuad arvadını döyərək xəsarət yetirib. Dava əsnasında qoca anası araya girərək, gəlinini oğlunun əlindən almaq istəyib. Lakin Fuad anasının saçından tutaraq, əli ilə xəsarət yetirib. 

Sərxoş kişi bununla da kifayətlənməyib. O, qızını və ailəsini bıçaqla öldürməklə də hədələyib.

Zərərçəkənlərin polisə şikayəti əsasında Fuad 1-ci Polis Bölməsinə dəvət olunub. Orada müayinə zamanı Fuad metamfetamin (patı) istifadə etdiyi üzə çıxıb.

Bu əməllərinə görə, Fuad barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 206-cı (qanunsuz narkotiklərin şəxsi istehlak miqdarında saxlanması, daşınması, hazırlanması) maddələri ilə protokol tərtib olunub.

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Fuad Mirzəyev barəsində 1 ay müddətinə inzibati həbs cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar