Sürücünü soymuşdular -10 il CƏZA  aldılar
12 may 2026 16:00 (UTC +04:00)

Sürücünü soymuşdular -10 il CƏZA aldılar

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslərin cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi Rauf Salmanzadə və Tural Eyvazovun hər biri 10 il azadlıqdan məhrum edildiyini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı Rauf Salmanzadənin və Tural Eyvazovun ayrılıqda 12 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatına əsasən 2025-ci il fevral ayının 7-də gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib.

Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi "Jeep" markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərin gedişi çərçivəsində hadisə baş verən ərazidə təhlükəsizlik kameralarının görüntüləri təhlil edilib.

Nəticədə, quldurluq əməlini törətməkdə şübhəli bilinən  Rauf Salmanzadə və Tural Eyvazov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə məsuliyyətə cəlb olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 650

Oxşar yazılar