Təhlükəli videolar yayan şəxs cəzalandırıldı -  POLİSDƏN SƏRT ADDIM   -  VİDEO
18 may 2021 13:09 (UTC +04:00)

Təhlükəli videolar yayan şəxs cəzalandırıldı - POLİSDƏN SƏRT ADDIM - VİDEO

Sosial şəbəkələrdən birində profil açaraq heç kimdən çəkinmədən narkotik vasitələrin qəbulunu və cinayətkarlığı təbliğ edən videolar yayan, o cümlədən şəbəkə istifadəçilərinə qarşı təhqiramiz ifadələr işlədən şəxsi polis əməkdaşları  saxlayıb.

Lent.az-ın məlumatına görə, o, Nəsimi rayonunda yaşayan Nurəddin Cəfərzadədir.

Şəxsi axtarış zamanı onun üzərindən bir bükümdə (3 qram) narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

N.Cəfərzadə ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin təbliğini narkotikin təsiri altında etdiyini boynuna alıb və bu əməlindən peşman olduğunu bildirib.

Onun barəsində  İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib və toplanmış materialla birlikdə baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

Canlı yayımda narkotiki təbliğ edən tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3726
avatar

Mehman Nəbiyev

Oxşar yazılar