Tələbələr narkotik satan kişini döyüb öldürdülər
31 may 2025 12:30 (UTC +04:00)

Tələbələr narkotik satan kişini döyüb öldürdülər

Rusiyanın Stavropol diyarında əcnəbi tələbələr narkotik kuryer zənn etdikləri kişini döyüb öldürüblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Predqornı rayonunun Sanamer kəndi ərazisində baş verib.

Yerli tibb və əczaçılıq universitetinin dörd mərakeşli tələbəsi 44 yaşlı kişinin narkokuryer olduğunu düşünüb. Onlar beysbol çubuğu ilə onu döyərək öldürüblər. Kişinin meyiti meşədə tapılıb.

Tələbələr qaçmağa çalışsalar da, saxlanılıblar. Onlara qarşı xüsusi amansızlıqla və qabaqcadan əlbir olaraq qrup şəklində adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1374

Oxşar yazılar