Tərtərdə kişi qardaşını öldürüb qaçdı - YENİLƏNİB
15 iyun 2024 09:05 (UTC +04:00)

Tərtərdə kişi qardaşını öldürüb qaçdı - YENİLƏNİB

Tərtərdə qətl törədən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, A.Əliyevin qardaşı 33 yaşlı Əliyev Sədi Mətləb oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.

***
14 iyun, Saat: 22:17

İyunun 14-də Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdlü Əliyev Abil Mətləb oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5457
avatar

Oxşar yazılar