Türkiyədə qadın mafiya başçısı tutuldu - FOTO
22 noyabr 2021 14:31 (UTC +04:00)

Türkiyədə qadın mafiya başçısı tutuldu - FOTO

Türkiyənin İstanbul şəhərində mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirilib.

Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, əməliyyatlar nəticəsində “Xanımağa” ləqəbli qruplaşma lideri Güniz Akkuş və onun adamı Mustafa Kamal Yavuz ələ keçirilib.

Yerli mediada yer alan xəbərə görə, polisin keçirdiyi əməliyyatlar “qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, xəsarət yetirmə, əmlaka zərər vurma və talama” faktları ilə əlaqədar olub.

Güniz Akkuş və Mustafa Kamal Yavuz məhkəmə zalındaca həbs olunaraq, cəzaçəkmə məntəqəsinə göndərilib.

"Xanımağa" - Güniz Akkuş

"Xanımağa" - Güniz Akkuş

# 2574
avatar

Mehman Nəbiyev

Oxşar yazılar