"Yalvardı ki, sən Allah onu dirilt"  - Sevgilisini öldürən biznesmenin İŞİ
19 fevral 2026 18:02 (UTC +04:00)

"Yalvardı ki, sən Allah onu dirilt" - Sevgilisini öldürən biznesmenin İŞİ

1

Bakı Ağır Cinayətlər məhkəməsində qətl törətməkdə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbinə Məmmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid H.N Ağacanovun bacısı olduğunu deyib:

"İradə ilə normal münasibətim vardı. 2024-cü ildən başlayaraq qardaşımı tanıya bilmirdik. Bir dəfə rayona gedəcəkdim, Emil panikə düşüb məni sıxmağa başladı ki, pis yuxu görmüşəm, getməyəcəksən, qoymayacam. İradə həmişə onun yanında olurdu, Emilə zəng çatmayanda ona yığırdım. Emil müalicə mərkəzində olanda, zəng etmişdi ki, aparın məni, burada qalmaq istəmirəm. Həkimi də dedi ki, o, burda hər şeyi dağıdıb tökür, biz kimisə istəmədiyi halda saxlaya bilmərik. Keçən il biz Emilə görə həkimləri bağa çağıranda o, hasarı necə tullanıb qaçmışdısa, tuta bilməmişdik. İradə də deyirdi ki, xəstəxanaya yatırtsaq, özünü xəstəxanın pəncərəsindən atıb öldürəcək. Hadisə günü İradə ilə danışdıq. O dedi ki, Emil çox əsəbidir, deyir ki, mənə toxunmayın, gedirəm anamgilə".

Zərərçəkənin hüquqi varisi bildirib ki, həmin günün səhəri N-la danışanda o, ağlaya-ağlaya deyirdi ki, günahkaram: "İradəni ora mən göndərmişəm. Əgər bu (E. Ağacanova işarə edir) dəlidirsə, niyə onu narkodispanserə yox, psixoterapiya mərkəzində saxlayırlar?".

Şahid S.A hadisə günü terapevt kimi Ağacanovun evində olduğunu deyib:

"Mən səhər işə gəldim. Səhər 9-a qalmış vaxtlarında çağırış verdilər ki, halı pis olan var. Deyilən ünvana getdik, içəri daxil olan kimi hamamxanaya keçdik. Emil qadının boynundan bərk-bərk sıxıb buraxmaq istəmirdi. Qadının meyiti soyuyub göyərmişdi. Biz çatmazdan 45 dəqiqə əvvəl artıq ölmüşdü. Boğazında qançır izləri vardı. Emil küncdə dayanmışdı, çox peşman görünürdü. Mənə yalvardı ki, sən Allah, onu dirilt".

Təqsirləndirilən Emil Ağacanov "İradəyə kimsə nə isə eləyib. Mənə bir ay sonra xəstəxanada onun öldüyünü deyəndə, aclıq elədim. Məni vəhşi heyvan kimi qəfəsdə saxlayırdılar ki, kiminsə başını qopartmayım. Mən anlaqsız da olsam, dəli deyiləm".

Şahid Əliquliyev Araz həkim-psixiatr olduğunu bildirib:

"Hadisədən il yarım qabaq mənə dedilər ki, belə bir xəstə var, narkotik istifadəçisidir, aqresiyası var. Mən reablitasiya mərkəzində ona baxdım. 15-20 gün qaldı orada. Emildə psixi pozuntu əlaməti var, marixuana istifafəçisi olub. Avqustdan bəri ondan xəbərim olmadı, dedilər müalicədən imtina edib. Təcili yardım gəlib onu həmin gün Maştağaya aparsaydı, bəlkə də bu bədbəxt  hadisə baş verməzdi".

Növbəti proses 26 fevral 16:00-a təyin edilib.

İttihama görə, qətl 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub.

Məlum olub ki, o, uzun müddət sevgi münasibətində olduğu İradənın evində narkotikin təsriri altında dini mahnılara qulaq asıb. Daha sonra onu bıçaqlayaraq öldürüb. 

Təqsirləndirilən barədə ilkin olaraq həbs qətimkan tədbiri seçilsə də, daha sonra onun anlaqsız vəziyyətdə olduğu nəzərə alınaraq o, psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunaraq polisin nəzarətinə verilib.

Onu da qeyd edək ki, Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.

Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.

Emil Ağacanov barəsində Yasamal rayon Prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 314

Oxşar yazılar