Zaqatalada İsa Boloyevi güllələyən saxlanılıb.
Lent.az xəbər verir ki. hadisə bu gün saat 01:30-da Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.
39 yaşlı İsa Boloyev restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.