Ajda Pekkandan dodaq uçuqladan sifariş:  1 porsiya yeməyə 43 min  verdi - VİDEO
26 may 2026 12:40 (UTC +04:00)

Ajda Pekkandan dodaq uçuqladan sifariş: 1 porsiya yeməyə 43 min verdi - VİDEO

0

Məşhur sənətçi, 80 yaşlı superstar Ajda Pekkan İstanbulda lüks bir restoranda şam edib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, sənətçi xüsusi bir texnika ilə, palıd odununun tüstüsündə tam 12 saat boyunca hisə verilərək bişirilən "brisket" (dana döşü) əti sifariş edib.

Bu xüsusi ziyafətin ardından sənətçinin restorana 43 min lirə (təxminən 2200 manat) hesab ödədiyi bildirilib. Qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılan bu yüksək məbləğ həm yeməyə çəkilən zəhmət, həm də restoranlardakı mövcud qiymətlər baxımından böyük maraq doğurub və istifadəçilər arasında geniş müzakirə mövzusuna çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar