Bibisi Zeynəb Xanlarova ilə  münasibətlərindən   DANIŞDI
11 mart 2024 19:15 (UTC +04:00)

Bibisi Zeynəb Xanlarova ilə münasibətlərindən DANIŞDI

Xalq artisti Mehriban Xanlarova teleproqramlardan birində bibisi, Xalq artisti Zeynəb Xanlarova ilə münasibətləri barədə danışıb.

Lent.az-ın xəbərinə görə, o böyük bacısı ilə birlikdə Zeynəb Xanlarovanın evində yaşadığını deyib.

"Üçüncü sinifdə oxuyanda böyük bacımla birlikdə Zeynəb Xanlarovanın yanında qalırdıq. Atam-anam lal-kar olduğuna görə evimizdə lal dilində danışılırdı. Mən heç nə başa düşmürdüm. Kimsə nəsə deyəndə gərək, işarə ilə göstərərdi. Bir müddət bizə onun evində baxdılar. 

Bəlkə bununla atama kömək edirdi. Bütün xərclərimizi ödəyirdi. Evdə çalışanlar olsa da, bacımla mən də iş görürdük. Evi sadə idi. Səkkizinci sinifdə oxuyanda onun yanından getdim”, -  o bildirib.

Aktrisa daha Zeynəb Xanlarova ilə görüşə bilmədiyini  söyləyib:

"Əlçatmaz ulduzdur. Gedir xaricə, gəlir. Hamı onu necə görürsə, mən də elə. Çox az görürəm".

# 15675
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar