Bred Pitt Ancelina Colidən niyə ayrıldı?  - Özü AÇIQLADI
25 iyun 2025 15:29 (UTC +04:00)

Bred Pitt Ancelina Colidən niyə ayrıldı? - Özü AÇIQLADI

Təxminən on il əvvəl Ancelina Coli ilə ayrılan Bred Pitt nəhayət bunun əsl səbəbini açıqlayıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun sözlərinə görə, ailədən getmək qərarına onun alkoqol asılılığı və sonradan bu asılılıqla mübarizəsi təsir edib.

Pitt etiraf edib ki, alkoqol asılılığından əziyyət çəkib və bu dağıdıcı vərdişdən xilas olmaq üçün Anonim Alkoqoliklər (AA) klubuna üzv olub.

Bu cür proqramlar ABŞ-da olduqca məşhurdur: onlar qrup görüşləri şəklində keçirilir, iştirakçılar anonim qalmaqla öz asılılıqları və bu yoldakı mübarizələri barədə açıq danışırlar. Beləliklə, onlar həm digər asılı şəxslərdən, həm də onlara kömək edən mentorlardan dəstək alırlar.

Bred Pitt Anonim Alkoqoliklərin görüşlərinə boşandıqdan bir il yarım sonra getməyə başlayıb və onun sözlərinə görə, bu təcrübə ona “yenidən doğulmaq” və yalnız özünə deyil, ümumilikdə həyata fərqli baxmaq imkanı verib.

Pitt bildirib ki, ətrafındakı insanların bu qədər açıq olması onu “ilhamlandırıb”.

“Bu mənə sadəcə inanılmaz gəldi: kişilər təcrübələrini, qüsurlarını, səhvlərini, arzularını, ağrılarını bölüşür, üstəlik zarafat edirlər, gülürlər”, - aktyor bildirib.

Pitt həmçinin əlavə edib ki, bu qrupda digər asılı şəxslərlə ünsiyyət ona başa salıb ki, kişilər də öz problemləri haqqında utanmadan danışa bilərlər, halbuki o və onun ətrafı əvvəllər hər zaman “hər şey əladır” kimi göstərməyə çalışır, zəif tərəflərini gizlədirdilər.

Bred Pittin alkoqol asılılığı barədə ilk dəfə danışması 2019-cu ilə təsadüf edir.
O zaman aktyor bir müsahibəsində pərəstişkarlarını təəccübləndirərək etiraf etmişdi ki, “nə versəydilər, qəbul edirdi”, həmçinin alkoqola meylli olmasının ailəsi ilə münasibətlərinə mənfi təsir etdiyini, hətta onu bəzən zorakılığa da sövq etdiyini bildirmişdi.

Bu fakt Ancelina Colinin 2016-cı ildə boşanma zamanı məhkəməyə təqdim etdiyi sənədlərlə də təsdiqlənmişdi. Həmin sənədlərdə Pittin həm ona, həm də uşaqlarına qarşı fiziki zorakılıq göstərdiyi qeyd olunurdu. Rəsmi boşanma isə yalnız 2019-cu ildə baş tutub.

Aktyorun sözlərinə görə, o, hələ də uşaqları ilə əlaqə qura bilməyib və bu istiqamətdə atdığı addımlar nəticə verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar