Cennifer Lopes
27 aprel 2026 15:59 (UTC +04:00)

Cennifer Lopes

Cennifer Lopesdən idman pozaları

0

Dünyaşöhrətli ulduz Cennifer Lopez 56 yaşında fit görünüşü ilə sosial medianı heyran edib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bazar gününə erkən saatlarda idmanla başlayan məşhur sənətçi, əzələli bədən quruluşunu nümayiş etdirən fotolarını paylaşıb.

Ayna qarşısında ağ qısa üst geyim və qara idman taytı ilə pozalar verən ulduz, paylaşımına "Oyan və çalışmağa başla" qeydini əlavə edib. Lopezin illərdir birlikdə çalışdığı məşqçisi Treysi Anderson da fotolara laqeyd qalmayaraq, ifaçının qarın əzələlərinə heyranlığını bildirib.

Qeyd edək ki, fitness fəlsəfəsini "Hər gün dünənkindən daha yaxşı olmaq" prinsipi üzərində quran ulduzun bu görüntüləri qısa müddətdə milyonlarla bəyəni toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar