“Dəfələrlə burnunu ovmuşam” - Aktrisa ilə şair arasında qalmaqal
06 aprel 2024 11:58 (UTC +04:00)

“Dəfələrlə burnunu ovmuşam” - Aktrisa ilə şair arasında qalmaqal

Aktrisa Sonaxanım Əliyeva ilə şair və jurnalist Anar Vəziroğlu arasında qalmaqal yaşanıb. 

Lent.az-ın xəbərinə görə, ekspert qismində ictimai-sosial verilişdə iştirak edən Sonaxanım  efir vasitəsi ilə  şairə xəbərdarlıq edib.

“Mən bu insanın adını efirdə çəkmək istəmirəm. Onun üçün bu çox olar. Bu insan yazdığı yazıları qarşısına qoysun və görsün, hansı yazılarla özünə ad qazandırıb. O, qardaşı Baba Vəziroğlunun adı sayəsində məşhurlaşıb. Haqqımda orada-burada müsahibələr verməsin. Getsin, özü, ailəsi, haqqında müsahibə versin. Onun dəfələrlə burnunu ovub demişəm ki, sənin həyatım haqqında danışıb, müdaxilə etməyə ixtiyarın yoxdur. Sən niyə yanırsan? Soğan yeməmisən, için niyə göynəyir? Anar dəfələrlə mənim şəxsi həyatımdan danışıb”. 

Qeyd edək ki, tərəflər dəfələrlə efirdə qalmaqal yaradıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4722
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar